“News18”in məlumatına görə, hadisə aprelin 24-də Bihar əyalətinin Mokama şəhərində hökumət məktəbində baş verib.
Zəhərlənən tələbələrdən ən azı 22-si xəstəxanaya çatdırılsa da, hadisə yerli əhalinin reaksiyasına səbəb olub.
Qəzəbli kütlə səhlənkarlığının uşaqların sağlamlığını təhlükəyə atdığını iddia edərək, məktəbin yolu nəqliyyata bağlayıblar.
Hindistanın Milli İnsan Hüquqları Komissiyası (NHRC) hadisə ilə bağlı Bihar polisindən və yerli hakimiyyət orqanlarından uşaqların rifahı ilə bağlı təcili hesabat tələb edib.
“Əgər bu iddialar doğrudursa, bu, şagirdlərin insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir”, – komissiyanın bəyanatında deyilir.
Hindistan dünyanın ən böyük pulsuz məktəb yemək proqramlarından birinə malikdir.
2013-cü ildə ölkədə məktəb yeməklərinə qarışdırılan kimyəvi dərmanlar səbəbindən 23 şagird dünyasını dəyişmişdi.