Vaxt.Az

Köpək balığı dişləri


 

Alman gömrükçülərini şoka salan “suvenir”

Köpək balığı dişləri Cənubi Afrikadan Almaniyaya gedən sərnişinin baqajının yoxlanılması zamanı qeyri-adi “suvenir” tapılıb: əsl köpək balığı dişi! Almaniya Gömrük İdarəsi iki gün əvvəl verdiyi açıqlamada sözügedən dişin qısa və ya uzun üzgəcli mako köpəkbalığına aid olduğunu və bu növlərin Vaşinqton Konvensiyasına (CITES) uyğun olaraq qorunduğunu bildirib.

Ələ keçirilən köpək balığının dişi nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin beynəlxalq ticarətini tənzimləyən CITES-ə zidd olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməyə cəhd edilib. Bu növlərin hissələrinin ticarəti və daşınması ciddi sanksiyalara məruz qalır.

 





02.05.2025    çap et  çap et