Fransa bu xərcin istehlakçılardan çox idxalçılar və platformaların ödəyəcəyini bəyan edib. Vergi 2026-cı ildən 2028-ci ilə qədər qüvvədə olacaq. Bundan sonra Avropa Birliyinin 150 avrodan aşağı paketlər üçün gömrük rüsumundan azad edilməsini tamamilə ləğv edəcəyi gözlənilir.
Təkcə 2024-cü ildə Avropaya 4,6 milyard kiçik paket daxil olub ki, bunun da 91 faizi Çindən gəlib. Bu paketlərdən 800 milyonu Fransaya göndərilib. Avropa Komissiyası hazırda “Shein” və “Temu”nun məhsulun təhlükəsizlik qaydalarını pozub-pozmadığını araşdırır.