Vaxt.Az

5 illik siyasi qadağa


 

Fransada korrupsiyada günahkar bilinən meri istefa verəcək

5 illik siyasi qadağa Fransa mətbuatında çıxan xəbərlərə görə, Fransanın Ali Apellyasiya Məhkəməsi Sete meri Fransua Kommeynhesin korrupsiya ittihamı ilə mühakimə olunduğu iş üzrə yekun qərarı açıqlayıb. Fransua Kommeynhes dövlət pulunu mənimsədiyinə görə 5 il siyasətdən qadağa, 1 il şərti həbs cəzası və 15 min avro cərimələnib.

Ali Apellyasiya Məhkəməsi Kommeynhesin dövlət pulunu mənimsəməkdə təqsirli olduğuna dair qərarla iş üzrə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Korrupsiyada təqsirli bilinən Fransua Kommeynhes istefa verəcəyini açıqlayıb. 2001-ci ildən bəri 45 min nəfərin yaşadığı Sete şəhərinin meri vəzifəsini icra edən Kommeynhes istefasını bölgə qubernatoruna təqdim edəcəyini açıqlayıb.

***

Qərardan sonra Sete Bələdiyyəsinin “Facebook” hesabında paylaşılan videoda danışan Kommeynhes, "Bir demokrat və respublikaçı olaraq, mahiyyətcə nə qədər qeyri-mütənasib olsa da, bu məhkəmə qərarına bütün səmimiyyətimlə hörmət edirəm", – deyib.

***

Kommeynhes 2016-2019-cu illər arasında iki bələdiyyə işçisinin maaşlarını qeyri-qanuni olaraq artıran qərarları imzalamaqda ittiham olunurdu.

2023-cü ilin oktyabrında Montpelye Apellyasiya Məhkəməsi Kommeynhesin dövlət pullarını mənimsədiyinə görə bir il şərti cəza, 15 min avro cərimə və 5 il siyasi təmsilçiliyə qadağa qoyulması barədə qərar çıxarmışdı.

 





02.05.2025    çap et  çap et