“Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”, – deyən Bryus əlavə edib ki, bu mərhələdə danışıqlar prosesi birbaşa tərəflər – Rusiya və Ukrayna arasında aparılmalıdır. Danışıqlar Moskva ilə Kiyev arasında aparılsaydı, ABŞ-a nə ehtiyac var idi ki? Digər açıqlama dövlət katibi Marko Rubiodan gəlib. O "Fox News" telekanalına müsahibəsində bildirib ki, Ukrayna Rusiya silahlı qüvvələrini 2014-cü il sərhədlərinə geri çəkilməyə məcbur edə bilməyəcək. Deməli, müharibə davam edəcək və bununla Vaşinqtonla Kiyev arasında imzalanan “resurs anlaşmasının” taleyi sual altında qalacaq.