“Daily Mail”də çıxan xəbərə görə, Stanford Universitetinin tələbəsi Phoebe Gates, “Atasına zəng et” şouda qonaq olduğu bölümdə gündəlik söhbəti zamanı atasının xüsusi vəziyyətini gündəmə gətirib.
Atasının sevgilisini evə gətirdiyi zaman sosial cəhətdən nə qədər yöndəmsiz olduğunu proqram aparıcısı Aleks Kuperlə danışan Phoebe, "Atam sosial cəhətdən çox bacarıqsız insandır. Onun “Asperger” sindromu var” deyərək atasının hər ictimaiyyətdən gizlətdiyi sirrini ortaya qoydu.
***
Bill Qeyts əvvəllər autizm spektrində bəzi xüsusiyyətlərə malik olduğunu etiraf etsə də, indiyə qədər heç bir rəsmi diaqnozdan bəhs etməyib. Bu səbəbdən qızının açıqlaması Qeyts ailəsindən gələn ilk birbaşa sağlamlıq məlumatı olaraq diqqət çəkdi.
Mövzu ilə bağlı sosial mediada çoxlu şərhlər olsa da, bəzi istifadəçilər bu açıqlamanın təəccüblü olmadığını, bəziləri isə diaqnozun diqqətsizliklə qoyulmuş ola biləcəyini müdafiə edib. Bill Qeyts hələlik mövzu ilə bağlı heç bir açıqlama verməyib.
***
Digər tərəfdən, qızı Fibinin etirafından sonra, Qeytsin 2023-cü ildə nəşr olunan “Mənbə Kodu” adlı xatirə kitabında yazılanlar yada salındı. O, uşaq ikən sosial qarşılıqlı əlaqədə çətinlik çəkdiyini, müəyyən maraqlara hiper fokuslandığını və yəqin ki, bu gün autizm spektri pozğunluğu diaqnozu qoyulacağını yazıb. Uşaqlıqdan hiper fokuslu davranışlarını izah edərək, “Etdiyim işə o qədər aludə olurdum ki, yeməyi unudurdum” demişdi...