Yeni status sayəsində hakimiyyət orqanları məlumat toplamaq üçün məxfi üsullara müraciət edə və partiya daxilindən məlumat verənlərin cəlb edilməsi və ya partiyadaxili kommunikasiyaların monitorinqi kimi praktikaları daha asan həyata keçirə biləcəklər.
***
Alman kəşfiyyatı partiyanın xalqı etnik mənsubiyyətlərə bölməsini demokratik nizamla bir araya sığmadığını bildiririb.
“Bu anlayış müəyyən icmaları sosial bərabərlikdən kənarlaşdırmaq, onları konstitusiyaya zidd təcrübələrə məruz qoymaq və qanuni olaraq ikinci dərəcəli statusa endirmək məqsədi daşıyır”, – bəyanatda deyilir.
AfD-nin immiqrant mənşəli Almaniya vətəndaşlarını, xüsusən də müsəlman ölkələrindən olanları ictimaiyyətin bərabərhüquqlu üzvü kimi görmədiyi vurğulanıb.
Bildirilib ki, bu perspektiv müəyyən şəxslər və qrupların aşağılanmasına, irrasional qorxuların qızışmasına səbəb olub.
***
Qərar yeni kansler Fredrix Merzin andiçmə mərasimindən bir qədər əvvəl qəbul edilib. Seçkilərdə rekord sayda mandat qazanan AfD nəzəri cəhətdən parlamentin bir çox mühüm komitələrinin sədrliyini öz üzərinə götürmək hüququna malikdir.
Ancaq bu vəzifələr üçün sağ partiyanın digər partiyaların dəstəyini qazanması lazımdır. AfD hələ qərarla bağlı rəsmi açıqlama verməyib.
Siyasi analitiklər deyirlər ki, bu təsnifat AfD-yə dəstəyi daha da artıra bilər və partiyanın uzun müddətdir iddia etdiyi “kənarlaşdırmaq” şayiələrini gücləndirə bilər.
AfD-nin bəzi fraksiyaları, məsələn, onun gənclər qanadı artıq ekstremist kimi təsvir edilib. Partiya ümumiyyətlə 2021-ci ildən şübhəli bir qurum kimi izlənilir.