Livanın Ali Müdafiə Şurası “HƏMAS” terror təşkliatına ölkənin təhlükəsizliyi və suverenliyinə təhlükə yaradacaq əməliyyatlardan çəkinmələri barədə xəbərdarlıq etdiyini bildirib.
Ali Müdafiə Şurasının baş katibi Məhəmməd əl-Mustafa bu gün, ““HƏMAS”ın Livan ərazisindən milli təhlükəsizliyi təhdid edəcək hərəkətlər üçün istifadə etməməsi ilə bağlı Nazirlər Kabinetinə bir sıra tövsiyələr təqdim olunacaq”, – deyib.
“HƏMAS” terrorçuları 7 oktyabr 2023-cü ildə Qəzzadan İsrailə “Hizbullah” terror təşkilatı ilə birlikdə başlatdığı hücumdan sonra cənub sərhədindən İsrailə raket zərbələri endirib.
Livan prezidenti, keçmiş Baş Qərargah rəisi Cozef Aun ölkədəki bütün silahların dövlət nəzarətinə alınacağını vurğulayıb.
“Prezident Livanın regional münaqişələrə sürüklənməyəcəyini açıq şəkildə söylədi”, – Əl-Mustafa deyib.
“O, Fələstinin hüquqlarının vacibliyini vurğuladı, eyni zamanda Livanın sabitliyinin qorunmasının prioritet olduğunu açıq şəkildə bildirdi”.
Şuranın bəyanatına görə, baş nazir həmçinin bildirib ki, “qanunsuz silahlar təhvil verilməli və “HƏMAS” və ya hər hansı digər terror təşkilatının Livanın təhlükəsizliyini pozmasına icazə verilməməlidir”.