Bu barədə məlumatı AzNews.az-a Rusiyada
yaşayan həmyerlimiz, Beynəlxalq Münasibətlərin Araşdırmaları Mərkəzinin rəhbəri
Sakit Allahverdiyev verib. Onun sözlərinə görə aprelin 21-də keçirilən təqdimat
mərasimində Azərbaycanın rəsmi təmsilçilərinin belə bir münasibəti haminin
təəccübünə səbəb olub:
«Aprelin 21-də Moskvada rusiyalı tarixçi
Oleq Kuznetsovun «Gülüstana gedən yol...»: Tarixə dərə-təpələrlə sayahət
(«Дорога на Гюлистан…»: Путешествие по ухабам истории) monoqrafiyasının
təqdimat mərasimi keçirilib. Rusiya Elmlər Akademiyasının Elm Adamları Mərkəzi
Evində keçirilən mərasimdə monoqrafiya haqda məlumat verilib. Əsərdə
O.R.Ayrapetova, M.A. Volxonskoqo, V.M. Muxanova «Doroqa na Gülüstan»` kitabını
tənqid edir. Müəllif bu kitabda ermənilərin saxtakarlıqlarını faktlarla
göstərərək, ifşa edir. Bir rus müəllifinin belə bir elmi əsərlə çıxış etməsi
Azərbaycan üçün göydən düşmə bir hadisədir. Amma təəssüf ki, nəinki bu
fürsətdən istifadə edildi, heç müəllifə quru sağol da deyilmədi. Tədbirdə nə
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etdi, nə də Ümumrusiya
Azərbaycan Konqresinin nümayəndələri. Sanki, bu məsələ 3-5 nəfərdən savayı heç
kimi maraqlandır. Bu necə məmurlardır, ictimai təbliğatdır? Bunlar öz
vəzifələrini icra etmirlərsə, niyə bu vəzifələrdə otururlar? Bu qədər biganəlik
olarmı? Yox, bu biganəlik deyil, xəyanətdir! Belə bir münasibətin başqa adı ola
bilməz. Hətta dostlardan bir nəfər Azərbaycanın Rusiyadakı Səfirliyinə
telefonla zəng etdi. Ona cavab verdilər ki, səfir şəxsən tapşırıb bu tədbirdə
səfirliyin işçilərindən heç kim iştirak etməsin. Ya rəbbim, görəsən, bu
artistlər nə zaman siyasətçi olacaqlar? Bəs Konqres niyə iştirak etmir?».
Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlasaq da, diplomatik nümayəndəliyimizin mövqeyini öyrənə bilmədik. Xatırladaq ki, «Gülüstana gedən yol...»: Tarixə dərə-təpələrlə səyahət kitabı Oleq Kuznetsovun Rusiya tarixşünaslığında erməni saxtakarlığına dair ikinci nəşridir. Müəllifin bu mövzuya dair ilk kitabı «Qarabağ münaqişəsinin «mifləri» haqqında həqiqət» əsəridir. Bu tarixi əsər rusiyalı politoloq-tarixçi Stanislav Tarasovun Ermənistan-Azərbaycan münaqişəsi haqqında yazdığı «Dağlıq Qarabağ haqqında miflər» kitabına cavabdır. Oleq Kuznetsov kitabında «Tarasovun mifləri» adlandırdığı çap məhsulunun erməni sifarişi olduğunu bir sıra faktlarla sübut edib.