Dəbdəbənin, tarixin və intellektual həyatın kəsişdiyi bu ərazidə yaşamaq hələ də böyük nüfuz deməkdir. Siyahıda ikinci yerdə Sena çayına yaxınlığı və Notr-Dam Katedrali ilə qonşuluğu ilə tanınan 4-cü rayondur. Buradakı qiymətlər kvadrat metrə görə 12,390 avro civarındadır. Üçüncü yerdə 7-ci rayondur. Şamp-de-Mars və Əlillər Evi (Les Invalides) kimi ikonik tikililərin yer aldığı bu ərazidə kvadrat metrə görə qiymətlər 12.420 avrodur.
Digər tərəfdən, daha sərfəli məhəllələr də var. Parisin şimal-şərqində yerləşən 19-cu rayon siyahıda ən münasib ərazisidir və hər kvadrat metrin orta qiyməti 9600 avro olub. Üstəlik, son bir ildə bu bölgədə qiymətlər 4,3 faiz azalıb.
Kredit şərtlərinin yaxşılaşması ilə Parisdə mənzil tələbatı 3,2 faiz artıb. Lakin ekspertlər yaxın vaxtlarda qiymətlərin yenidən 10 min avro səviyyəsinə qalxmasının çətin olduğunu deyirlər.