Lotereyanı səhər saat 5.20-də e-poçt vasitəsilə udduğunu bilən MacDonald əvvəlcə 35 funt sterlinq qazandığını düşünüb çox sevinib. Ancaq təfərrüatlara nəzər saldıqda udduğu məbləğin milyonlarla olduğunu anlayıb. Həmin anı izah edən MakDonald, “daha işləməyin mənası yox idi. Səhər saat 6:30-da müdirimə zəng edib işdən çıxdım”, – deyib.
***
Milyonlarla funt-sterlinq qazanmasına baxmayaraq, MakDonald böyük xərcləmə etməyib. Qazandıqdan sonra etdiyi ilk aldığı əşya tozsoran olub. Sadə həyat tərzini davam etdirməyi planlaşdıran MakDonald və onun 25 illik həyat yoldaşı Anita, “Hələ də ən ucuzunu axtarıram. Mən özünü göstərməyi sevmirəm, sadə insanam”, – deyib.
***
25 ildir bir yerdə olmaqlarına baxmayaraq, hələ də nikahları olmayan cütlük yaxınlarda evlənməyi planlaşdıırır. Daha sonra pullarla dünyanı gəzmək və “Formula 1” yarışlarını canlı izləmək istəyir. "Hər yarışı izləyirik. Saat 03:00-da başlasa belə, qalıb izləyirəm”, – deyən MacDonald nəhayət hobbilərinə və yeni təcrübələrinə vaxt ayıra biləcəklərini bildirib.
Cütlüyün gələcək planlarına yeni ev almaq da daxildir: “Həyatımız boyu başqalarını dəstəkləmişik, hər zaman başqalarını birinci yerə qoymuşuq. İndi bir az özümüzü əzizləmək vaxtıdır...”