Vaxt.Az

AB-dən TikTok-a yarımmilyardlıq cəza


 

Şəxsi məlumatların Çinə ötürülməsinə görə...

AB-dən TikTok-a yarımmilyardlıq cəza Avropa Birliyinin (AB) şəxsi məlumat tənzimləyicisi sosial media platforması TikTok-u istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq qaydalarını pozduğuna görə 530 milyon avro cərimələyib.

AB-də şəxsi məlumatların qorunmasına cavabdeh olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) TikTok ilə bağlı araşdırmasının tamamlandığını açıqlayıb.

***

Açıqlamada TikTok-un Avropadakı platforma istifadəçilərinin şəxsi məlumatlarının Çinə göndərilməsi ilə bağlı qanuna uyğunluğunun araşdırıldığı, köçürmələrlə bağlı istifadəçilərə məlumat verilməsinin və şəffaflıq meyarlarına uyğunluğunun yoxlanıldığı bildirilib.

Açıqlamada, TikTok-un Avropadakı istifadəçi məlumatlarının Çinə ötürülməsi və şəffaflıq tələbləri ilə bağlı AB Ümumi Məlumatların Qorunması Qaydasını pozduğu təsbit edildiyi, bu səbəbdən şirkətə 530 milyon avro cərimə kəsildiyi və 6 ay ərzində fəaliyyətinin AB qaydalarına uyğunlaşdırılması əmri verildiyi bildirilib.

2023-cü ildə DPC şəxsi məlumatların mühafizəsinin pozulmasına görə Çinin TikTok video paylaşma platformasına 345 milyon avro cərimə kəsib.

 





02.05.2025    çap et  çap et