Vaxt.Az

Sürücünün cəsədi 3 ay sonra tapıldı


 

Nəhəng çuxur yük maşınını “udulmuşdu”

Sürücünün cəsədi 3 ay sonra tapıldı Yaponiyada nəhəng çuxura düşən sürücünün meyiti 3 ay sonra tapılıb. Yaponiyanın Saitama vilayətində yolun çökməsi nəticəsində baş verən fəlakətlə bağlı yeni bir hadisə baş verib.

Yanvarın 28-də Yaşio şəhərində yol çökməsi nəticəsində yaranan diametri 5 metr və dərinliyi 10 metr olan nəhəng çuxur hərəkətdə olan yük maşını udmuşdu. Müəyyən edilib ki, yük maşınının sürücü kabinəsi çuxurun mərkəzindən 30 metr kənara sürüklənib və buna görə sürücünü tapmaq mümkün olmamışdı. Çuxurun diametri 40 metrə və dərinliyi 15 metrə çatdıqdan sonra fevralın 9-da təhlükəsizlik riskləri səbəbindən axtarış işləri dayandırılmışdı.

Yolun çökməsinin köhnə kanalizasiya borularının sızması nəticəsində baş verdiyi müəyyən edilərkən, bölgədə yaşayan 1 milyon 200 min insan çirkab su sərfiyyatını müvəqqəti azaltmağa çağırılıb.

***

Aprelin 24-də çuxura yığılmış külli miqdarda kanalizasiya sularının axıdılması işlərinə başlanıldı. Nəhayət, dünən hadisə yerində insan bədəninə bənzəyən siluet aşkar edildiyi açıqlandı. Yük maşını ilə hərəkətdə olarkən yolda əmələ gələn nəhəng çuxura düşən 74 yaşlı sürücünün cansız cəsədi tapıldı. Yerli yanğınsöndürmə rəsmiləri cəsədin yük maşınının sürücü kabinəsində tapıldığını və polisin rəsmi şəxsiyyəti müəyyənləşdirmək üçün işə başladığını bildirdi.

 





02.05.2025    çap et  çap et