Vaxt.Az

Ateizmə dair bir neçə qeyd ...


 

... Yaxud Tanrı yoxdursa, nə var?

Ateizmə dair bir neçə qeyd ... Ateizm insan psixikası üçün zəruri sayılan təsəlli və ümidi insanın əlindən alır. Bu ona görədir ki, ateist nöqteyi-nəzər ölümü son dayanacaq hesab edir. Bu baxımdan xərçəng şişi tapılan və yaşamağa ümidi qalmayan şəxsi ateist dünyagörüşü təsəlli edə bilmir, əksinə, onun iztirablarını artırır.

***

Ateizm Allahı çıxdaş etməklə varolmadakı mənanı axtaran insanı nəinki hər növ ümiddən məhrum buraxır, həm də ondakı qeyri-müəyyənliyi mürəkkəb hala gətirir. Çünki ateizm qeyri-müəyyən dünya təqdim edir; ateizmin dünyasında müəyyən edilmiş heç nə yoxdur, hər şey fərdlərin seçiminə buraxılmışdır. Bu baxımdan həyata, dünyaya ateistcəsinə baxış normativ, konseptual həyat tərzi və əxlaq sistemi ilə üst-üstə düşmür.

***

Tanrı yoxdursa, nüfuz yoxdur; nüfuz yoxdursa, göstəriş və qadağalar mənasızdır; “ Tanrı yoxdursa, “hər şey (əxlaqən) icazəlidir”, – demək mümkündür”...

Tanrı yoxdursa, əxlaqı qoruyub-saxlamaq mümkün deyildir. Bəşəriyyət düşünürdü ki, Allah olmadan da əxlaqı mühafizə edə bilər. Amma bu, baş vermədi...

Tanrıya inanmadan, bəlkə də, yaxşı olmaq olar, amma O olmadan xeyir konsepsiyasını əsaslandırmaq mümkün deyil...

 





02.05.2025    çap et  çap et