Vaxt.Az

“Traktor” çempion oldu


 

Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir

“Traktor” çempion oldu “Traktor” çempion oldu – bu təkcə bir klubun yox, bir millətin qələbəsidir.

Bu gün Təbrizdə, Güney Azərbaycanın hər guşəsində səslənən sevinc nidası təkcə bir futbol çempionluğunun coşqusu deyil – bu, bir xalqın yaddaşının, kimliyinin və ruhunun qalib gəldiyi andır.

“Traktor” çempion oldu. Amma bu qələbə cədvəldəki xalın yox, ürəklərdəki inamın qələbəsidir. Bu gün meydanda qalib gələn sadəcə bir komanda deyil – tarix boyu unudulmaq istənilən, ancaq unudulmayan, səsi boğulmaq istənilən, ancaq daha ucalan bir kimlikdir.

Bu zəfər Cənubda sıxılmış, amma sınmamış ruhun, Şimalda sevinclə döyünən ürəklərin, ikiyə bölünmüş, lakin bir can, bir qəlb olaraq yaşayan Azərbaycanın bütövlüyünün rəmzidir. Bu gün Təbrizdə dalğalanan bayraqlar, Bakıda titrəyən qəlblərlə birgədir. Bu bir coğrafi çempionluq deyil – bu, mənəvi sərhədləri aşan bir xalqın ruhani qalxışıdır.

“Traktor”un qələbəsi sübut etdi ki, xalqın səsi susmur, ruhu yorulmur, sevgisi azalmır. Futbolun dili ilə danışsa da, bu zəfər azadlıq, tanınma, birlik və milli qürurun dilidir.

Bütöv Azərbaycan – bu gün səssizcə bir-birinə sarıldı. Təkcə sevinc üçün yox, həm də bir daha unutmamaq üçün: biz buradayıq, biz varıq, biz birik.

Təbriklər, Təbriz! Təbriklər, Azərbaycan!

 





02.05.2025    çap et  çap et