1993-2002-ci illərdə doqquz mövsüm yayımlanan “Məxfi materiallar”, 2016 və 2018-ci illərdə iki mövsüm, iki film və bir spinoffla geri döndü.
Serialda FTB agenti Foks Malder obrazını canlandıran Deyvid Duxovnı, həmkarı Dana Skallini canlandıran Cilian Anderson ilə baş rolları paylaşıb.
Bununla belə, yeni layihənin yeni aktyor heyəti və hekayələri izləyəcəyi təxmin edilir.
“ITV1”in “Bu səhər” verilişində danışan Cilian Andersona Kuqlerin “Məxfi materiallar”ı haqqında sual verildi: “Mən onunla danışdım və dedim: Kim bunu edəcəksə, bu iş üçün sənsən. Ən xoş arzularım sizinlədir. Mən dedim ki, mənə zəng et”.
“Məxfi materiallar” dünyasına qayıdıb-qayıtmayacağı ilə bağlı suala 56 yaşlı aktrisa belə cavab verib: “Nə vaxtsa, telefon zəng çalsa və doğru zamanda yaxşı təklif gəlsə, ola bilər”.
38 yaşlı amerikalı rejissor keçən ay Andersonla təmasda olub-olmaması ilə bağlı sualları da cavablandırıb.
Oktyabrın 10-da nümayişi gözlənilən “Tron: Ares” filminin çəkilişlərini bitirərkən onunla danışdığını deyən rejissor “O, heyrətamizdir”, – deyib.
2015-ci ildə “Creed” ilə “Rocky” dünyasını canlandıran Kuqler “Qara Panter” serialı ilə də uğur qazanmışdı.
Tənqidçilərin “Sinners”ə ilkin cavabı iki dəfə Oskar mükafatına namizəd olan Kuqlerin ümidləri doğrultduğunu göstərir. Aprelin 18-də nümayiş etdirilən qorxu filmi “Rotten Tomatoes” icmal saytında 98 faiz bəyənmə reytinqinə malikdir. Bu, rejissor karyerasında ən yüksək xaldır.