Mart ayında 80-ə yaxın yeni işə qəbul edilmiş işçi işdən çıxarılıb. MKİ həmçinin müxtəliflik siyasəti üzərində işləyən bəzi məmurları işdən çıxarır. Lakin bu praktika hazırda məhkəmə tərəfindən müvəqqəti olaraq dayandırılıb.
Növbəti ixtisar prosesi üçün qurum adi kadr dövriyyəsindən istifadə etməyi planlaşdırır ki, bura təqaüdə çıxma və istefa daxildir.
MKİ-nin sözçüsü bunu birbaşa təsdiq etməyib. Lakin o qeyd edib ki, agentliyin prezidenti Con Ratkliff öz işçilərini “administrasiyanın milli təhlükəsizlik prioritetlərinə cavab verən şəkildə” formalaşdırmaq üçün çevik addımlar atıb. Planla bağlı məlumatı ictimaiyyətə açıqlamaq səlahiyyəti olmayan bir neçə məmur bunu təsdiqləyib.
“Dəyişikliklər yenidən gələn liderlər üçün imkanlar yaradacaq və MKİ-yə öz missiyasını daha effektiv şəkildə yerinə yetirməyə imkan verəcək”, – sözçü deyib.
Mərkəzi Kəşfiyyat İdarəsi şəxsi heyətinin sayını rəsmi olaraq açıqlamır. Ancaq bu rəqəmin 22 min civarında olduğu təxmin edilir.
Bir sıra digər kəşfiyyat agentlikləri ixtisarla bağlı oxşar planlar hazırlayır. Bunlara Milli Təhlükəsizlik Agentliyi və Milli Kəşfiyyat Direktorunun İdarəsi daxildir.