Vaxt.Az

9 milyon 720 min 600 ədəd


 

Mobil rabitə ilə bağlı statistika

9 milyon 720 min 600 ədəd Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Azərbaycanda ötən ilin nəticələrinə əsasən, mobil nömrələrin sayı 9 milyon 720 min 600 nömrə təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasənsə, onlardan 7 milyon 957 min 800 aktiv, 1 milyon 762 min 600-ü isə passiv nömrələrdir. Hazırda orta hesabla «Azercell  Telekom» şəbəkəsində mobil nömrə istifadəçilərinin sayı  4,5 milyon, «Bakcell» şəbəkəsində 2,8 milyondur. 2,4 milyon isə «Azerfon» şirkətinin şəbəkəsində istifadə edilən mobil nömrələrin payına düşür.

2012-ci ilin nəticələrinə əsasən, «Azercell Telekom» şirkətinin mobil nömrə istifadəçilərinin sayı 4,4 milyon, «Bakcell» istifadəçilərinin sayı 2,6 milyon, «Azerfon» şirkətinin istifadəçilərinin sayı 2 milyondan çox olub. 2013-cü ildə isə «Azerfon»un mobil nömrə istifadəçilərinin sayı 16 faiz, «Bakcell» və «Azercell Telekom» şirkətlərinin mobil nömrə istifadəçilərinin sayı isə müvafiq olaraq  7,1 faiz və 2,2 faiz artıb.

Ötən ilin nəticələrini əsas götürərək demək olar ki, «Azercell Telekom» şirkətinin bazar payı 53,7 faiz, «Bakcell»in bazar payı 28,8 faiz, «Azerfon» şirkətinin bazar payı isə təqribən 25 faiz təşkil edir.

 





23.04.2014    çap et  çap et