“Reuters”ə verdiyi məlumata görə, məsələ ilə bağlı məlumatlı mənbələr ABŞ-ın daha uzunmüddətli (25 il), daha sərt nəzarət və raket proqramlarına məhdudiyyətləri əhatə edən sazişlə tanış olduğunu bildiriblər.
Razılaşmaya həmçinin sentrifuqaların sayının azaldılması, Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən misli görünməmiş yoxlamaların qəbul edilməsi və İranın uran ehtiyatının 2015-ci il səviyyəsindən aşağı salınması daxildir.
“İsrailin baş naziri Benyamin Netanyahu İranın hava hücumundan müdafiə sisteminin zəifləməsi fonunda hərbi zərbə vurmaq üçün nadir fürsət görür və hərbi variantları mümkün hesab edir”, – rəsmilər deyib.
İsrail uranın sıfır zənginləşdirilməsi ilə yanaşı, Liviya modelinə bənzər İranın nüvə infrastrukturunun tamamilə ləğvini tələb edir.