Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul ediliblər.
Daha sonra nümayəndə heyəti Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar ilə görüş keçirib.
Samir Şərifov Kiyevdə Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb, Yaxın Şərqdə, o cümlədən 1987-1990-cı illərdə Yəməndə işləyib. Şərifov maliyyə naziri olarkən Azərbaycanla ərəb ölkələri arasında hökumətlərarası komissiyalara rəhbərlik edib. Bu baxımdan onun Suriyaya səfər edən nümayəndə heyətinə başçılıq etməsi də təsadüf deyil.