Vaxt.az-ın xezerxeber.com-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Sertifikatlaşdırma və Standartlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev deyib. O, yeni tətbiqin yaxın iki il ərzində gözlənildiyini bildirib. Direktorun sözlərinə görə, müdafiə sahəsində «məxfi» qrifi altında silahlara aid olan standartlar mövcuddur: «Həmin standartlar hazırda MDB ölkələrində tətbiq edilir».
Sabiq Abdullayev bildirib ki, standartların yeniləşməsi ilə bağlı keçiriləcək iclasda Azərbaycan da iştirak edəcək.