Vaxt.Az

“Bizə kömək edin”


 

Almaniyanın nasist partiyası Donald Tramp və Ceyms Vensdən yardım istədi

“Bizə kömək edin” Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə “qismən” ifrat sağçı hesab etdiyi AfD barəsində yenidən dəyərləndirmə edərək partiyanı ifrat sağçı kimi təqdim etdi. Bu qərar AfD-dən başqa bütün partiyalar dəstək alıb.

“AfD liderləri qanuni addım atacaqlarını desələr də”, – partiya ABŞ-ı çağırış edib.

***

AfD Köln təşkilatı sosial media hesabında ABŞ-ın vitse-prezidenti Ceyms Vensə müraciət edib: "JD Vance, lütfən, bizə kömək edin. Almaniya hökuməti ən böyük müxalifət partiyasına qarşı kəşfiyyat xidmətlərindən sui-istifadə edir. Bu, demokratiya deyil”, – AfD üzvləri yazıb.

Donald Trampa yaxın insanların AfD-yə rəğbət bəslədikləri və dəstəklədikləri məlumdur. Məsələn, “X”in sahibi olan “Tesla”nın baş direktoru İlon Mask Almaniya parlament seçkiləri öncəsi partiyaya seçki kampaniyasında kömək etmək üçün AfD lideri Alisa Veydel ilə yüksək səviyyəli görüş keçirmişdi.

 





05.05.2025    çap et  çap et