Sağlamlıq sahibkarı Tom Simpson və onun həyat yoldaşı Cun tərəfindən 2012-ci ildə tikilmiş mülk, Oval kabinetin 88 kvadrat metrlik nüsxəsi ilə xüsusilə məşhurdur. Kabinetdə Ağ Evdə məşhur “Resolute” masasının eynisi də var.
***
Əmlak cütlüyün həm Amerika tarixinə, həm də Beysbol Böyük Liqasına olan marağını əks etdirmək üçün bəzədilib. Xüsusi xalça ilə örtülmüş beysbol temalı otaqda köhnə Yanki stadionun oturacaqları və Atlanta Bravesin xatirə əşyaları var.
Təxminən 150 min dollara başa gələn zal 30-40 nəfərlik ziyafətlərin keçirildiyi sosial sahə kimi dizayn edilib.
Evin digər hissəsində “Şöhrət xiyabanı” dəhlizində “The Beach Boys” və “Aerosmith” kimi sənətçilərin imzalı gitaraları, həmçinin Tom Hanks, Elton Con, Ledi Qaqa və Şer kimi məşhurların xatirələrini əks etdirən döşəmə lövhələri nümayiş etdirilir. Bu sahə həm də cütlüyün tanış olduqları insanlarla bağlarını əks etdirir.
***
Tom Simpson 2024-cü ildə Parkinson xəstəliyi ilə mübarizədən sonra 79 yaşında vəfat etdi. Cun bundan sonra xatirələrlə dolu bu evdə daha yaşaya bilməyəcəyinə qərar verib və onu satışa çıxarıb.
Əmlak “Premier Sotheby's International Realty” tərəfindən satışa təqdim olunur. Bütün ərazini birlikdə və ya iki ayrı hissədə almaq olar:
• 14 hektar əsas yaşayış yeri: 18,9 milyon dollar
• 8 hektar əlavə torpaq sahəsi (anbar və istixana daxil olmaqla): 4,7 milyon dollar
Satış başa tutsa, 2021-ci ildə satılan 22,5 milyon dollarlıq evi ötərək Tampa bölgəsində ən bahalı mülk satışı olacaq.