ABŞ mətbuatında yer alan xəbərlərə görə, Corciya ştatındakı həbsxana rəsmiləri 1984-cü ildə qətldə təqsirli bilinən Culian Bruks Deluç adlı məhbusun hesablama zamanı kamerasında olmadığını görüblər.
Hakimiyyət həbsxanada fövqəladə vəziyyət elan edib, bütün qapıları bağlayıb və məhbusu axtarmağa başlayıb. Səlahiyyətlilər bütün kameralarda axtarış aparıb və kamera görüntülərini nəzərdən keçirmək qərarına gəliblər.
Həbsxanada aparılan axtarış zamanı sonradan məlum olub ki, məhbus məhkəmənin təcridxanasında unudulub. Səlahiyyətlilər, qaçaq olduğu düşünülən məhbusun ədliyyə kamerasında unudulduğunu və 12 saatdır orada gözlədiyini müəyyən ediblər.