Bu barədə AzNews.az-a danışan xanım idmançı bildirib ki, cüdoda yetərincə uğurları var və prezident təqaüdü almağa layiqdir: «Əgər nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? İkincisi, əgər cənab nazir cüdonun olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm? SSRİ-də cüdo spartakiadasında üçüncü, SSRİ çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, hərbiçilərin olimpiya çempionu, hərbiçilərin və tələbələrin dünya çempionuyam. Bir neçə dəfə Avropada beşinci olmuşam, iki olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətdir. Yəqin ki, cənab nazir cüdonu olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir».
«Çox istərdim ki, cənab nazir bunu oxuyub nəticələrimi bilsin»- deyən Z.Hüseynova Azad Rəhimovu üzbəüz teledebata çağırıb: «Əgər mane olmurlarsa, adama deyərlər ki, kim mənim müraciətimin üstünə qol çəkməyib və cənab prezidentə göndərməyib? İstənilən telekanalda canlı debat olsun. Oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız? Niyə haqdan, ədalətdən qaçırlar? Hər dəfə ölkəmizin prezidenti deyir ki, «bəsdir, haqq-ədaləti boğursunuz». Heç olmasa utansınlar bu sözdən ki, prezident dediyi sözü qulaq ardına vururlar. Onsuz da gec-tez haqq, ədalət yerini tutacaq. İnanıram ki, İnşallah cənab prezident bu müsahibələrimin birini oxuyub onların hamısını necə lazımdır yerinə oturdacaq».