Vaxt.Az

“Azərbaycanla fikir ayrılığımız yoxdur”


 

Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”

“Azərbaycanla fikir ayrılığımız yoxdur” “Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya prosesləri davam edir, hazırda tərəflər arasında fikir ayrılıqları yoxdur. Demarkasiya , Gürcüstanla sərhəddən İrana qədər tamamlanacaq. Bu, Alma-Ata Bəyannaməsi əsasında baş verəcək”. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

Parlament rəhbəri həmçinin Rusiya ilə münasibətlərə toxunub: “Ermənistana qarşı hibrid müharibə aparılır. Bunun üçün müxtəlif yerlərdən, xüsusən də şimal qonşumuz Rusiya tərəfindən külli miqdarda pul xərclənir. 2020-ci il müharibəsindən bəri hakimiyyətin dəyişdirilməsi məqsədi müxtəlif qütblər və tərəflərin əsas məqsədi olub”

 





05.05.2025    çap et  çap et