Vaxt.Az

AfD üzvləri dövlət qulluğundan xaric ediləcək


 

Hazırlıqlar başladı

AfD üzvləri dövlət qulluğundan xaric ediləcək Almaniyanın müxalif partiyası, ifrat sağçı AfD üzvlərinin dövlət qulluğundan xaric edilməsi tələb edilib. AfD-nin Konstitusiyanın Mühafizəsi Ofisi tərəfindən ifrat sağçı partiya kimi təsnif edilməsindən sonra dövlət qulluğunda olan partiya üzvlərinə baxış keçirilməsi planlaşdırılır.

Bu cür yoxlamaları tətbiq edən ilk Hessen və Bavariya vilayətlərinin daxili işlər nazirləri bu barədə “Bild” qəzetinə bildiriblər. CDU-nun təhlükəsizlik siyasətçisi Roderix Kisevetter də nasist partiya üzvlərinin işdən çıxarılmasının lehinə danışıb. AfD-nin yenidən dəyərləndirilməsi daxili işlər nazirlərinin növbəti konfransının mövzusu olacaq.

***

CDU Hessen Daxili İşlər Naziri Roman Poseck “Bild”ə açıqlamasında təsnifatın AfD üzvlərinə və dövlət sektoru rəsmilərinə təsirinin araşdırdığını deyib: “Polis və idarədəki əməkdaşlarımız həmişə azad demokratik nizamımızın müdafiəsini təmin etməlidirlər”.

CSU-dan olan Bavariyanın daxili işlər naziri Yoahim Herrmann da oxşar fikri bildirib. Herrmann “Bild”ə “Biz bu təsnifatın AfD üzvlərinin dövlət qulluğunda fəaliyyətləri üçün hansı nəticələrə gətirib çıxaracağını da araşdırmalıyıq”.

 





05.05.2025    çap et  çap et