Alınma “OpenAI”yə təbii dil əmrləri ilə kodlaşdıra bilən süni intellektlə işləyən kodlaşdırma köməkçiləri üçün bazarda artan rəqabətə qarşı rıçaq əldə etməyə kömək edə bilər. “Bloomberg News” daha əvvəl iki şirkətin satınalma ilə bağlı danışıqlar apardığını bildirmişdi.
“Windsurf" bu yaxınlarda “Kleiner Perkins” və “General Catalyst” də daxil olmaqla investorlarla 3 milyard dollar dəyərində yeni maliyyələşdirmə raundunu müzakirə edirdi. “General Catalyst”in rəhbərlik etdiyi investisiya raundunda şirkət keçən il 1,25 milyard dollar dəyərində qiymətləndirilib.