Vaxt.Az

Uçuşlar dayandırılıb


 

Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib

Uçuşlar dayandırılıb Ukrayna Rusiyanın paytaxtı Moskvanı pilotsuz təyyarələrlə hədəfə alıb. Moskva meri Sergey Sobyanin Ukraynanın Moskvaya pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

Onun sözlərinə görə, ən azı altı PUA Moskvaya yaxınlaşarkən məhv edilib. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi də Moskvada çoxlu sayda uçuşun dayandırıldığını açıqlayıb.

Bu hücumdan əvvəl Ukrayna Kursk bölgəsini pilotsuz təyyarələrlə vuraraq enerji infrastrukturunu hədəfə almışdı.

Moskvanın 4 hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşların dayandırıldığı bildirilib.

Bu gün Rusiya Moskvaya yaxınlaşan daha dörd pilotsuz təyyarəni məhv etdiyini açıqladı.

 





06.05.2025    çap et  çap et