«Mən inanmaq istərdim ki, bu araşdırma aparılacaq. Burada təkcə Şahin Sultanov deyil, bir sıra vəzifəli şəxslərdə var ki, onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Bu o şəxslərdir ki, zamanında Hərbi Dəniz Qüvvələrində yoxlamalar aparıblar, hər şeyin normal olması haqqında raport yazıblar. Bunların arasında generallar və digər şəxslər var. İnanıram ki, onların hər biri istintaqa cəlb olunacaqlar. Çünki bu elə bir məsələdir ki, burada ölkənin təhlükəsizliyi və müdafiəsi ilə bağlı məqamlar yer alıb. Yəni bu məsələdə saxtakarlıq edən şəxs general rütbəsindən və digər imtiyazlardan məhrum edilməlidir».
Hərbi ekspert istintaqa cəlb olunanlar
sırasında bir neçə yüksək rütbəli zabitin olduğunu bildirdi:
«Bu məsələ ilə bağlı bir neçə vəzifəli
şəxs dindirilib. Onların hərəkətlərinin hansı hüquqi məsuliyyət doğurduğu öz
həllini tapacaq. Ancaq məndə olan səhih məlumat ondan ibarətdir ki, o
vəzifəlilərdən biri - general Beydullayev artıq istintaqa cəlb olunub».
Qeyd edək ki, general-mayor Məmməd Beydullayev Zakir Həsənova qədər Müdafiə Nazirliyinin Baş İnspeksiyasının rəisi vəzifəsini icra edib. Zakir Həsənov Müdafiə naziri təyin olunandan sonra istefaya göndərdiyi generallar içərisində onun da adı yer alıb. Beydullayevin eks-müdafiə naziri general-polkovnik Səfər Əbiyevin yaxın kadrlarından olduğu bildirilir.