Ehtimallara görə, sui-qəsd planı ya yəhudi icmasına məxsus bir məkanı, ya da rejimə müxalif təşkilatlardan birini hədəfə almağı məqsəd qoymuşdu.
Britaniya təhlükəsizlik orqanları bildirib ki, əldə edilən sübutlar bu terror planının birbaşa İran hökumətinə bağlı bir qurum tərəfindən idarə olunduğunu göstərir. Saxlanılan şəxslərdən birinin İranda yüksək nüfuza sahib olduğu, ailəsinin isə ölkə daxilində böyük bizneslərlə məşğul olduğu qeyd olunur.
Bu hadisə İran-fars molla rejiminin Avropadakı dövlət dəstəkli terror fəaliyyətlərinə dair narahatlıqları daha da artırıb və yaxın zamanda Xameneyi rejiminə qarşı diplomatik və hüquqi təzyiqlərin artacağı gözlənilir.