Vaxt.Az

Pentaqonda ixtisarlar


 

Dörd ulduzluların sayını azaldılır

Pentaqonda ixtisarlar ABŞ Müdafiə Nazirliyi ordu strukturunun sadələşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması məqsədilə general və admiralların sayının 20 faiz azaldılacağını açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada ordunun çəkindirmə və döyüş qabiliyyətinin qorunub saxlanılması üçün rəhbərlik strukturunun sadələşdirilməsinin vacibliyi bildirilib.

Bəyanatda həqiqi hərbi xidmətdə olan 4 ulduzlu general və admiral rütbələrinin sayında ən azı 20 faiz azalma olacağı vurğulanıb və Milli Qvardiyada general rütbəsinə malik şəxsi heyətin sayının da eyni nisbətdə ixtisar ediləcəyi qeyd edilib.

Bəyanatda bu addımların lazımsız bürokratik proseslər əvəzinə innovasiyaları təşviq edən və əməliyyat mükəmməlliyinə üstünlük verən rəhbərlik strukturunun yaradılması üçün atıldığı qeyd edilib.

Yeni tədbirlərin həyata keçirilməsi ilə müdafiə strukturunun daha çevik və təsirli olacağı bildirilən açıqlamada, “Bu tədbirlər sayəsində dünyanın ən təsirli döyüş qüvvəsi olmağa davam edəcəyik. Güc vasitəsilə sülhü təmin edərək, səmərəliliyimizi, yenilikçiliyimizi və hazırlıq səviyyələrimizi artıracağıq”, – deyilir.

 





06.05.2025    çap et  çap et