Vaxt.Az

Merz üçün soyuq duş


 

6 səsi çatmayan CDU lideri ilk turdan keçə bilmədi

Merz üçün soyuq duş Almaniyada baş nazir üçün səsvermə başa çatıb. Almaniyanın 10-cu kansleri vəzifəsinə gəlməyə ümid edən Xristian Demokrat İttifaqı (CDU) partiyasının lideri və parlament üzvü Fredrix Merz Bundestaqda keçirilən səsvermənin ilk turunda kifayət qədər səs toplaya bilməyib və kansler seçilməyib.

Merz səsvermədə tamamilə məyus olub, 630 yerlik Bundestaqda 621 deputatdan 310-u onu dəstəkləyib, 307 parlamentari isə “yox” səs verib. 1 səs etibarsız hesab edilsə də, 3 deputat bitərəf qalıb.

Bu, 23 may 1949-cu ildə Almaniya Konstitusiyasının qəbulu ilə rəsmi olaraq qurulan Almaniya Federativ Respublikasının tarixində bir ilk idi və ilk turda ilk dəfə baş nazirliyə namizəd seçilmədi. Fredrix Merz baş nazir seçilmək üçün tələb olunan ən azı 316 deputatın dəstəyini ala bilmədiyi üçün iclas dayandırılıb.

Bundestaqın sədri Culia Klökner bildirib ki, sessiyanın davam edib-etməməsi ilə bağlı qərar partiyaların parlament qrupları bunu öz aralarında müzakirə etdikdən sonra veriləcək.

Almaniya konstitusiyasına görə, Merz və ya başqa bir namizədin səs çoxluğu ilə seçilməsi üçün 14 gün ərzində yeni səsvermə keçirilməlidir.

69 yaşlı Merz mühafizəkar, bazar-liberal Xristian Demokrat İttifaqının (CDU/CSU) lideridir.

Fevralın 23-də keçirilən növbədənkənar ümumi seçkilərdən sonra hökumət qurmaq barədə razılığa gələn Xristian İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) parlamentdə cəmi 628 yerə sahibdir.

 





06.05.2025    çap et  çap et