Vaxt.Az

190 kiloqram 2 həmlədə


 

Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi

190 kiloqram 2 həmlədə Ərdəbilin Xiyav (Mesgin) şəhərindən olan ağır atlet dünya birincisi olub. 17 yaşlı ağır atlet Hüseyn Yəzdani Peroda yeniyetmələr arasında keçirilən superağır çəki dərəcəsində dünya çempionu olub.

Bu barədə idman mediası məlumat yayıb. Yəzdani, iki hərəkətdə 190 kiloqramı qaldıraraq Ermənistan və Rusiya təmsilçiləri üzərində 11 kiloqram fərqlə qələbə çalıb. Qızıl medal qazanan soydaşımız dünyanın yeniyetmələr arasında ən güclüsü statusunu əldə edib.

 





06.05.2025    çap et  çap et