“Science-et-vie.com” saytındakı xəbərə görə, Hokinqə görə dünya əhalisi hər 40 ildən bir iki dəfə artır. Bu sürətlə 2600-cü ilə qədər insanlar “çiyin-çiyinə” yaşamağa başlayacaq.
Alimlərin vurğuladığı kimi, həddindən artıq əhali təzyiqi və qlobal istiləşmənin birləşməsi planetimizi yaşayış üçün yararsız hala gətirə bilər.
Hokinq bildiribmiş ki, bu təhlükənin qarşısını almaq üçün cəmi 575 il qalıb.
Dünyanın xilas ola bilməyəcək qədər zədələndiyini düşünənlərlə “hələ vaxt var, tədbir görək” deyənlər arasında mübahisə getdikcə dərinləşir.
Hokinq isə ümidli idi: “Biz bu mümkün apokalipsisin qarşısını ala bilərik və bunun yolu kosmosa köçməkdir”. Onun fikrincə, bəşəriyyət bu gün yeni yaşayış sahəsi axtarışına başlamasa, sabah çox gec olacaq.
İlon Maskın Marsda məskunlaşma planı Hokinqin işarə etdiyi ilk addım ola bilər. Uzunmüddətli perspektivdə Qırmızı Planeti və ondan kənarda yaşayış üçün dünyaları əlverişli hala çevirmək lazımdır. Ancaq aydındır ki, müasir mühəndislik və biotexnologiya hələ bu miqyasda hazır deyil.