Vaxt.Az

“Sərsəm, sərsəm, sərsəm dünya” ...


 

... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”

“Sərsəm, sərsəm, sərsəm dünya” ... Təsəvvür edin ki, bu özündən razı Rusiya Federasiyası “naçalnik”i tribunada Ukraynadan gələn daşların nə vaxt başına düşəcəyini qorxa-qorxa, əsə-əsə, döyükə-döyükə və sərsəmcə gözləyə-gözləyə qələbə paradı keçirir.

Qələbə paradı! Bir əlində ballistik raket, bir əlində göyərçin tutmuş bir ölkə yenə Mefistofel rolunda “Faust”u ucadan oxuyur.

“İblisəmi uymuş bəşəriyyət?!”

Bu qələbə sizin deyil! Bu qələbə müttəfiq respublikalarındır. Siz Maxaraşvilidən (“Əsgər atası” filminin qəhrəmanı) tutmuş Makedona (“Bizim Cəbiş müəllim”) qədər cəbhəyə apardınız. Bizim Vətən müharibəsində sizlərdən birini görmədim. Və ya 44-də açılan Normandiya Neman donanmasınındır bu Qələbə. Siz satqın vlasovçulardan, satqın kənd “starosta”larından danışın. İki yüz minə yaxın insanımız həlak oldu bu qələbədə. Avropanın yarısı partizan dəstələri ilə döyüşürdü. Hələ neftimizdən danışmıram. Haradasan, ay Stalin.

 Bir dəfə SSRİ futbol yığması ilə xarici ölkə oynayırmış. Qol vurulanda aparıcı deyir ki, ruslar qol vurdu. Gürcü aparıcı əlavə edir ki, ruslar deyil gürcü qol vurdu. Deyəsən Nodiya vurubmuş.

 Qələbə “qolunu” kimlərin vurduğunu bilin, gəncəlilər demiş, yekə cırmayın.

 Mənə ləzzət edəcək bu sərsəm parad. Daş indi düsər, bu saat düşər...

 





06.05.2025    çap et  çap et