Moskvada saxlanılan deputat Azər Badamovun insidenti bunu bir daha sübut etdi. Halbuki onun səfəri rəsmi Həştərxana, Rusiyanın təşəbbüsü ilə təşkil olunmuşdu. Deputata giriş yasağının tətbiqi diplomatik protokolun və hörmətin pozulması idi. Əsas səbəb isə Badamovun Rusiya deputatı Valuyevin Azərbaycan xalqını təhqir edən çıxışına verdiyi cavab idi. Cavab: cəza, sükut və rəsmi laqeydlik.
Rusiya postsovet məkanında nəzarəti saxlamaq üçün MDB, KTMT, Aİİ kimi qurumları istifadə edir. Amma tərəfdaşlıq deyil, asılılıq əsas götürülür. Gürcüstan, Ukrayna və Moldova kimi müstəqil yol seçənlərə qarşı hərbi və informasiya hücumları buna sübutdur.
Digər tərəfdən, Rusiyada Mərkəzi Asiyadan olan miqrantlara qarşı təzyiqlər artır. 2025-ci ilin martında 12 min miqrant səbəbsiz saxlanıldı. Bu, artıq rasizm yox, siyasi təzyiqdir – Çin, Türkiyə və Qərblə yaxınlaşmaq istəyən ölkələrə xəbərdarlıq.
Eyni vaxtda erməni diasporu Rusiyada toxunulmaz statusdadır. Onlara siyasi və maliyyə dəstəyi göstərilir, halbuki Ermənistanın özü Rusiya əleyhinə kurs götürüb. Bu, Moskvanın regionda erməni faktorundan bir təsir aləti kimi istifadə etdiyini göstərir.
Azərbaycana qarşı isə kiberhücumlar həyata keçirilir. 2025-ci ilin aprelində dövlət resurslarına edilən genişmiqyaslı hücumların izləri Rusiya hostinqlərinə aparırdı. Bu, informasiya sahəsində dövlətə qarşı açıq təhdid və təxribatdır.
Azərbaycan hərbi təyyarəsinin vurulması və rəsmi Moskvanın tam səssizliyi də bu siyasətin tərkib hissəsidir. Bu davranış “strateji tərəfdaş” anlayışını tam mənasızlaş dırır. Rusiya sadəcə olaraq özünü idarə etməyə çalışanları cəzalandırır, itaət edənləri isə mükafatlandırır.
Bu fonda patriarx Kirilin səfəri sülh jesti kimi təqdim olunsa da, dərhal sonra baş verən deputat insidenti həmin jestin saxta olduğunu göstərdi. Moskva “yumşaq güc”lə diplomatik təhdidi birləşdirərək ikiüzlü siyasət yürüdür.
Nəticə aydındır: Rusiya regionda artıq sabitlik yox, gərginlik mənbəyinə çevrilib. Bədamovun saxlanılması – təkcə diplomatik səhv deyil, Kremlin real niyyətinin göstəricisidir. Region artıq bu ikili oyuna qarşı immunitet qazanıb və sözlərə yox, əməllərə əsaslanır.
Əgər Moskva bu kursu dəyişməsə – təkcə təsirini deyil, hörmətini də birdəfəlik itirəcək.