Vaxt.Az

Türkiyə də risk altındadır


 

Kosmik gəmi 53 ildən sonra Yerə enəcək

Türkiyə də risk altındadır Soyuq Müharibə dövründən qalma sovet kosmik gəmisinin 53 ildən sonra Yerə eniş edəcəyi gözlənildiyini xəbər vermişdik. Atmosferə girərkən yanması gözlənilən peykin yerlə toqquşacağı biləcəyi ölkələr arasında Türkiyə də var.

“Kosmos 482” adlı sovet kosmik kapsulu Veneraya getmək üçün 1972-ci ildə buraxılıb. Lakin raketdə alışma nasazlığı səbəbindən o, Yer orbitini tərk edə bilməyib.

Yarım əsrdən artıqdır ki, orbitdə nəzarətsiz hərəkət edən bir tonluq metal kapsulun mayın 10-da yenidən atmosferə daxil olacağı gözlənilir.

Alimlər Günəş sisteminin ən təhlükəli mühitlərindən biri olan Veneranın atmosferinə daxil olmaq üçün nəzərdə tutulan kapsulun atmosferə girərkən parçalanmaması və tək parça halında düşmə ehtimalının olduğunu iddia edirlər.

***

Şimal 52-ci və Cənub 52-ci paralellər arasında enməsi gözlənilən kosmik gəminin qəzaya uğraya biləcəyi yerlər arasında Türkiyə olsa da, mütəxəssislər riskin son dərəcə aşağı olduğunu vurğulayırlar.

NASA-nın məlumatına görə, orbitdə ölçüsü 10 santimetrdən böyük olan 25 min ədəd kosmik zibil var. Qeyd edilir ki, kosmos tullantıları atmosferə daxil olub yanmadan 100 il orbitdə qala bilir.

Bu tullantıların kosmik əməliyyatlar üçün böyük təhlükə yaratdığı bildirilir.

 





06.05.2025    çap et  çap et