Tədqiqata görə, təxminən 30.000 işıq ili uzaqlıqdakı maqnitardan gələn bu partlayış Marsın kütləsini aşan miqdarda ağır elementlər əmələ gətirmiş ola bilər.
***
ABŞ-ın Kolumbiya Universitetindən professor Brayan Metzger və Anirudh Patelin rəhbərlik etdiyi komanda bu qamma-şüa partlayışının qalaktikamızda indiyədək müşahidə edilən ən parlaq kosmik hadisələrdən biri olduğunu qeyd edib.
***
Komanda bu kosmik hadisənin qızıl və platin kimi kainatın ən ağır elementlərinin əsas mənbəyi olduğunu göstərən məlumatlar əldə etdi. Tədqiqatı şərh edən Patel, “Mövcud məlumatlarla proqnozumuzun təsdiqini görmək və bu kəşfin planetimizi təşkil edən bəzi materialların tarixinə hansı təsirləri olduğunu anlamaq inanılmaz hiss idi”, – deyib.
Patel maqnitarların ağır elementlərin istehsalında əsas rol oynaya biləcəyini vurğuladı.