Vaxt.Az

«İsanın qadını»


 

«Qanun»un «Ən yeni ədəbiyyat» silsiləsində yeni nəşri

«İsanın qadını» «Qanun» «Ən yeni ədəbiyyat» silsiləsinə müraciət edib. Nəşriyyat bu dəfə yerli yazıçılardan Səxavət Sahilin yeni romanını çap edib.

Roman haqda qısa olaraq deyə bilərik ki, əsərin qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur. Geciksə də, «Təzə avtovağzal» ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həbsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır. Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir.

Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan süjetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb. «İsanın qadını» ilə antik yunan və dini-mistik mətnləri arasında paralellər aparanda romanın «ikinci nəfəsi» açılır, qaranlıq mətləblər aydın olur.

Kitabın redaktoru Kənan Hacıdır.

 





24.04.2014    çap et  çap et