Xarici ticarət kəsiri təxminlərin üzərində açıqlandı. “Bloomberg”in 50 iqtisadçı arasında keçirdiyi sorğuda orta hesablama 137,5 milyard dollar olub.
ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, martda neft xaric xarici ticarət kəsiri 145,2 milyard dollar olub.
Fevralda idxal 401,2 milyard dollar ikən, mart ayında 4,4 faiz artaraq 418,9 milyard dollarla rekord səviyyəyə çatdı.
Fevral ayında 278 milyard dollar olan ixracat, mart ayında 0,2 faiz artaraq 278,5 milyard dollar oldu.