Londondakı “Co-Op” mağazalarından paylaşılan şəkillərdə rəflərin, xüsusən də meyvə-tərəvəz, süd rəflərinin boş olduğu görünür. Bəzi soyuducu kameraların üzərində “Bağışlayın, hazırda bəzi məhsullarda ehtiyat çatışmazlığı yaşayırıq” kimi xəbərdarlıqlar asılıb.
***
Hücumu həyata keçirən “Dragonforce” haker qrupu olub. Qrup “Co-Op”un İT sistemini sındıraraq həm müştərilərə, həm də işçilərə aid şəxsi məlumatları, onların ünvanları və telefonları ilə birlikdə əldə etdiyini iddia edib.
BBC-nin məlumatına görə, hakerlər “Microsoft Teams” vasitəsilə birbaşa şirkətin kibertəhlükəsizlik rəhbərinə “Salam, məlumatlarınızı oğurladıq”, – deyə mesaj göndəriblər.
Hakerlərin digər yüksək səviyyəli menecerlərə də mesaj göndərdikləri və şirkəti şantaj edəcəkləri ilə hədələdikləri bildirilib. Hakerlər ingilis dilindən sərbəst istifadə etdikləri üçün işçiləri aldadaraq sistem parollarını və çox faktorlu autentifikasiya (MFA) məlumatlarını əldə ediblər.