Vaxt.Az

“Qadınların statusunu alçaldır”


 

Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”

“Qadınların statusunu alçaldır” Fransanın daxili işlər naziri Bruno Retayo qatıldığı televiziya proqramında hicabla bağlı qalmaqallı açıqlamalar verib. Verilişin aparıcısı “Universitetlərdə hicabın qadağan olunmasını istəyirsinizmi?”, – sualına Retayo “Bəli, mən bunu istəyirəm”, – cavabını verdi.

“Öz üslubunu və dəyərlərini tətbiq etməyə çalışan bir islamçılıq var. Düşünürəm ki, bu dəyərlər qadınların kişilərə münasibətdə statusunu alçaldır”, – Retayo deyib.

Retayo açıqlamalarının bütün müsəlmanları hədəf almadığını iddia edərək və bu ayrı-seçkiliyin pedaqoji yanaşma ilə izah edilməsi lazım olduğunu söylədi. “Müsəlman vətəndaşlarımız düşünməsinlər ki, biz onları hədəfə almışıq. Mən bunun əksini düşünürəm. Siyasi İslam dindarların imanını korlayır. Bunu ayırd etmək bizim üçün faydalı olardı”.

 





06.05.2025    çap et  çap et