Vaxt.Az

Bundestaq tarixində ilk


 

Almaniya siyasətində təəccüblü hadisələr yaçanır

Bundestaq tarixində ilk Mühafizəkarların lideri Fredrix Merz yeni qurduğu koalisiyaya baxmayaraq, parlamentdə keçirilən səsvermənin ilk turunda baş nazir seçilə bilməyib.

Bu gün keçirilən ilk səsvermədə Merz Almaniya Bundestaqında lazım olan 316 səsdən yalnız 310-nu toplayıb.

Səsvermənin ilk turunda seçilməyən Merz Almaniyanın siyasi tarixində bir ilkə imza atıb. Səsvermənin nəticələrini açıqlayan parlament sədri Culia Klekner tələb olunan kvorum əldə olunmadığı üçün iclasın təxirə salındığını açıqlayıb.

69 yaşlı Merz fevralda keçirilən ümumi seçkilərə ilk olaraq CDU/CSU bloku ilə çıxıb, daha sonra sol mərkəzçi Sosial Demokrat Partiyası (SPD) ilə koalisiya müqaviləsi imzalayıb.

Ancaq parlamentdəki bu ilk səsvermə göstərdi ki, bu tərəfdaşlıq etimad səsi almaqda çətinlik çəkir. Klekner, tərəflərin necə davam edəcəyinə qərar vermək üçün danışıqlara başlayacaqlarını söylədi.

Bu həftə “ekstremist partiya” olaraq xarakterizə edilən və nəzarət altına alınan ifrat sağçı AfD-nin həmsədri Alis Vedel, “Merzi istefa verməli və ümumi seçkilər üçün yol açılmalıdır”, – deyib və bugünkü nəticəni Almaniya üçün yaxşı bir gün olaraq xarakterizə etdi.

AfD Bundestaqda ikinci ən böyük partiyadır. Keçən həftə ölkənin daxili kəşfiyyat xidməti tərəfindən rəsmi olaraq ekstremist elan edilən partiya baş nazirlik uğrunda mübarizədə əsas oyunçuya çevrilib.

***

Almaniyada Xristian Demokrat Partiyasının lideri Fridrix Merz parlamentdə keçirilən səsvermənin ikinci turunda baş nazir seçilib.

 





06.05.2025    çap et  çap et