Vaxt.Az

“Heç vaxt, heç vaxt demə”


 

Tramp Kanadanın baş naziri Karninin üzünə dedi

“Heç vaxt, heç vaxt demə” ABŞ prezidenti Donald Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karnini qəbul edib.

Kanadanın baş naziri Mark Karni Donald Trampın Kanada ilə bağlı açıqlamalarına toxunaraq, “Kanada satılmır, heç vaxt da olmayacaq” deyib.

ABŞ prezidenti Donald Tramp Karninin sözlərinə “Heç vaxt heç vaxt demə” deyərək cavab verib və Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyini vurğulayıb.

Tramp əvvəlki açıqlamalarını təkrarlayaraq, Kanadadan avtomobil və polad almaq istəmədiklərini bildirib. Tramp Kanadanı hərbi cəhətdən qoruduqlarını da bildirib.

 





06.05.2025    çap et  çap et