Bu münasibətlə şura tərəfindən bir bəyanat belə yayımlanıb.
Şuranın bəyanatından seçilmiş hissə:
““Traktor” Futbol Klubunun çempionluğu münasibətilə xarici ölkələrdən gələn təbriklər, xüsusilə Türkiyə və Azərbaycan olanlar, bizim üçün təəccüblü və şübhəlidir. Bu cür reaksiyalar, idmanın siyasi məqsədlər üçün istifadə edildiyini göstərir və İranın milli birliyinə qarşı yönəlib”.
Şura üzvləri arasında aşağıdakı şəxslər yer alır:
Həsən Şəriətmədari – Şuranın baş müşaviri və Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarinin oğlu
Abdullah Mötədi (İran Kürdistanının Komala Partiyasının baş katibidir) – Şura idarə heyətinin üzvü və baş müşavir
Mohsen Sazgara (SEPAH Pasdaranın əsas qurucularından biri olub) – İdarə heyətinin üzvü
Şəhriyar Ahi (Rza Pəhləvinin Müşaviri olub) – Baş müşavir
Mehran Bərati (Almaniyada Jurnalist kimi fəaliyyət göstərib və hər zaman anti-Azərbaycan fəaliyyəti aparıb) – Baş müşavir
Yəzdən Şəhdayi (şuranın sözçüsü)– İdarə heyətinin üzvü və şura sözçüsü
Maraqlıdır ki, bəzi özünü Azərbaycançı təbliğ etməyə çalışanlar bu təşkilatın təmsilçiləri ilə qarşılıqlı görüşlər keçirir və bunlardan gələcək hakimiyyətdə ana dili haqqı istəyirlər və onun qarşılığında onlara vəd edirlər ki, biz Güney Azərbaycanda gedən Milli Azadlıq hərəkatını parçalamağa və aradan götürməyə qadirik. Hal hazırda Azərbaycan adı altında İrançılıq edənlər iddia edirlər ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının müstəqil tələbi və fəaliyyətləri olmamalı və ancaq rejimi müxalifət də olan fars mərkəzli qrupların siyasi platformalarında yer almalıdırlar.
Ona görə də millətimiz şüar verir Azərbaycan var olsun, istəməyən kor olsun!