"Forschungsgruppe Wahlen" tərəfindən cümə günü dərc edilən sorğuda CDU/CSU daha bir bal qazanaraq 27 faiz, AfD isə daha bir bal itirərək yüzdə 23 olub. SPD 15 faizdə sabit qalıb, Yaşıllar isə mövqelərini itirərək 11 faizə düşüb. Sol Partiya 10 faiz, BSW 3 faiz və FDP 4 faiz səsə malikdir.
Digər tərəfdən, cəmi 2 həftə əvvəl keçirilən sorğularda AfD 25 faizlə ilk dəfə birinci partiya idi. Ancaq 2 həftə ərzində balans dəyişdi.
***
Həm baş nazirliyə namizəd Fredrix Merz, həm də qara-qırmızı koalisiyaya qarşı skeptisizm yüksək olaraq qalır. Əhalinin 48 faizi yeni koalisiya hökuməti bəyənir. 37 faiz koalisiya hökumətinin pis olduğunu düşünür.
Rəyi soruşulanların demək olar ki, yarısı hesab edir ki, CDU, CSU və SPD koalisiyası mövcud problemlərin həllini təmin edə bilməz.