Məsələn, götürək elə Aleksandr Vuçiçi.
Bu serb lider özünü Putinin 9 may paradına çatdırmaq üçün lap qədim nağıllardakı kimi dağlar aşmalı, dərələr keçməli və bəzi “şər qüvvələr”in cürbəcür əngəllərini dəf etməli oldu. Baltikyanı ölkələr isə onun Moskvaya uçuşuna mane olmaq üçün konkret olaraq öz hava xəttlərini bağladılar.
Ancaq Vuçiç özünə (və həm də Putinə) söz verib ki, o, qamçı atına (şəxsi təyyarəsinə) minib, nəyin bahasına olursa-olsun, mütləq Moskvaya varid olacaq.
Və sayın Vuçiç bu “müqəddəs” arzusuna qovuşmaq üçün hava marşrutunu dəyişmək, Bakı üzərindən Moskvaya uçmaq qərarına gəlib. Ona görə də, Vuçiçin təyyarəsi bu gün Bakıya məcburi eniş etdi, əvvəlcə yanacaq doldurdu, daha sonra isə, günün ikinci yarısında paytaxtımızdan Moskvaya istiqamət götürdü.
Sözün açığı, bu, Vuçiçin tərəfindən əsl fədakarlıqdır. Yoldaş Putin gərək bu kişinin fədakarlığını, cəfakeşliyini layiqincə qiymətləndirsin.
9 May paradında iştirak etməyi özüyçün prinsipial məsələyə çevirənlərdən bir digəri isə Si Cinpindir. Belə ki, Çin lideri özünü Moskvaya hətta paraddan iki gün öncə yetirib.
Maraqlıdır, bəs görəsən, Si Cinpinin bu paradda nə işi var?
Əsl həqiqətdə, 9 May paradı öz-özlüyündə Si Cinpini elə də ciddi şəkildə maraqlandırmır. Si Cinpin bu paraddan ilk növbədə qlobal geosiyasi məqsədlər üçün yararlanmağı düşünür. O, bu paradda iştirak etməklə, həmçinin, özünün Putinin üzərindəki siyasi-psixoloji təsirini gücünü daha da artırmaq və “xaç ata”lığını təsdiqlətməyi hədəfləyir.
Yerdə qalan 25 ölkənin rəhbərlərinin isə bu paraddan və konkret olaraq Putindən umacaqları nədir, zənnimcə, bu barədə uzun-uzun yazmağa, danışmağa ehtiyac yoxdur.
O ölkələrin sadəcə adlarını yazmağımız bəs edər:
Ermənistan,
Belarus,
Qazaxıstan,
Qırğızıstan,
Tacikistan,
Türkmənistan,
Özbəkistan,
Bosniya və Herseqovina,
Braziliya,
Burkina-Faso,
Venesuela,
Vyetnam,
Qvineya-Bisau,
Misir,
Zimbabve,
Konqo Respublikası,
Kuba,
Monqolustan,
Myanma,
Fələstin,
Serbiya,
Slovakiya,
Ekvatorial Qvineya,
Efiopiya.
Kifayət qədər maraqlı və rəngarəng kontingentdir, deyilmi?
Üstəgəl, bu paradda Cənubi Osetiya və Abxaziya kimi separatçı “dövlət”lərin liderciklərinin də iştirak edəcəyini nəzərə alsaq, onda ümumi mənzərə tam aydın olmuş olar.
Ən yaxın qonşusuna (Ukraynaya) hücum edən, digər qonşu ölkələrdə isə separatizmi körükləməyə, “rus dünyası”nı (russkiy mir) formalaşdırmağa çalışan raşist bir ölkənin faşizm üzərində Qələbə paradında iştirak etməyə tələsən xarici ölkə liderlərinin arasında ən tragikomik fiqur isə məhz Nikol Paşinyandır.
Bir ayağı Avropa İttifaqında, o biri ayağı isə Putinin yanında olan ləlöyün Nikol 9 May paradının əsnasında Putin qağası ilə korlanmış münasibətləri yenidən sahmana salmağı düşünür. Və hətta bunun üçün öncədən toksik Makrondan xeyir-dua” da alıb.
Deyilənlərə görə, Putin bu dəfə Nikola əsl “atalıq” qayğısı göstərəcək, onun başını sığallayıb keçmiş günahlarını bağışlayacaq.
Erməni olmaq belədir də, külək hansı səmtə əsirsə, “yan”lar da fürsəti fövtə vermədən, dərhal dabanlarına tüpürüb həmin səmtə üz tuturlar.
P.S. Beləliklə, Putinin budəfəki paradında sürpriz anlar gözlənilir. Gəlin birisi günü gözləyək.
P.P.S. İlham Əliyev isə bir çoxlarının təxminlərindən fərqli olaraq mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq. Bu, doğru qərardır.
(ardı var)