Vaxt.Az

Tağı Əhmədova həbs təhlükəsi


 

Metropolitendə təlatüm gözlənilir

Tağı Əhmədova həbs təhlükəsi Bakı Metropolitenində həbslər dalğası gözlənilir.

Vaxt.az xəbər verir ki, «Azadlıq» qəzetinə daxil olan məlumatlara görə, metropolitendə aparılan yoxlamalardan sonra həbslərə start veriləcək. Məlumatda deyilir ki, aparılan yoxlamalar metropolitenin keçmiş rəisi Tağı Əhmədovun fəaliyyəti dövrünü əhatə edir.

 

Artıq bir sıra ciddi korrupsiya əməliyyatları üzə çıxıb. Həmçinin metrodakı ticarətlə bağlı da ciddi faktlar var. Məlumatda deyilir ki, yoxlamalar hələ davam edir. İddialara görə, əsasən Tağı Əhmədovun kadrları və metropolitendə çalışan yaxınlarına həbs təhlükəsi yaranıb. Hətta Tağı Əhmədovun özünün də məsuliyyətə cəlb olunma ehtimalı var.

 

 

 





25.04.2014    çap et  çap et