Vaxt.Az

“Hər an başlaya bilər”


 

Pakistan nüvə müharibəsi barədə xəbərdarlıq edir

“Hər an başlaya bilər” Pakistanın müdafiə naziri Xavaca Asif deyib ki, Pakistan və Hindistan arasında nüvə müharibəsi ehtimalı mütləq mövcuddur və tərəflər arasında fikir ayrılığı olarsa, bu baş verə bilər.

Xavaca Asif xəbərdarlıq edib ki, Hindistan gərginliyi artırmağa davam edərsə, münaqişə “nüvə münaqişəsinə çevrilə bilər”.

“Geo News”a danışan Asif xəbərdarlıq edib ki, belə bir ssenari baş verərsə, bütün məsuliyyət Hindistanın üzərinə düşəcək.

“Əgər onlar (Hindistan) regiona genişmiqyaslı müharibə tətbiq etsələr və belə təhlükələr yaranarsa, o zaman nüvə müharibəsi hər an başlaya bilər”, - deyə Asif bildirib.

***

Hindistan aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə mayın 6-da raket zərbələri endirib.

Hindistan ordusu “terror strukturları” olaraq xarakterizə etdiyi 9 hədəfi vurduğunu açıqlasa da, İslamabad rəhbərliyi hücumlarda 6 mülki məntəqənin hədəf alındığını və 26 nəfərin həyatını itirdiyini açıqlayıb.

Pakistan ordusu Hindistanın hücumu zamanı 5 döyüş təyyarəsini vurduğunu açıqlasa da, Yeni Dehli administrasiyası bunu təsdiqləməyib.

 





07.05.2025    çap et  çap et